Qar qız salatı

      

December 29, 2016

BİŞİRMƏ ARDICILIĞI

1Kartof, yumurta suda bişirilir, təmizlənir və sürtgəcdən keçirilir (yumurtanın ağını sarısından ayırın).

2Salat qoyulacaq uzunsov, hamar qabın üzərinə mayonezlə Qar qız konturu çəkilir

3Konturun içi ilə mayonez çəkilir + kartof + siyənək balığı + mayonez + marinə edilmiş soğan + sürtgəcdən keçirilmiş alma + mayonez + hisə verilmiş pendir + azacıq mayonez + yumurta sarısı + mayonez

bəzəmək üçün

1Qar qızın kürkü, tacı, əlcəkləri üçün sürtgəcdən keçirilmiş yumurta ağlarından istifadə edəcəksiniz. Bunun üçün yumurta ağlarını qırmızı kələmin şirəsi ilə qarışdırın, o, mavi rəngə boyayır.

2Çedder pendirini sürtgəcin xırda gözündən keçirin - bu, kürkün yaxalığı və manjeti olacaq.

3Suluquni pendirindən Qar qızın saçını və hörüyünü düzəldin.

4Bərk pendirdən xırda dairə - Qar qıza üz - kəsin.

5Qara istiot dənələri gözləri olsun.

6Qaşını və burnunu kəklikotunun budağından düzəldə bilərsiniz.

7Tomat pastasına diş çöpünü batırıb Qar qızın dodaqlarını çəkin.

8Qeyd: balığı xoşlamayanlar onu toyuq əti ilə əvəz edə bilərlər. Onu duzlu suda bişirməyi unutmayın.

9Nuş olsun.

İNQREDİENT

tərkibi

150 q hisə verilmiş pendir

100 q çedder pendiri

2 ədəd kartof

1 ədəd qırmızı soğan

mayonez

siyənək balığı* (hisə verilmiş)

1 ədəd iri yaşıl alma

3 ədəd yumurta

bəzək üçün:

tomat pastası

qırmızı kələm

qara dənəvər istiot

suluquni

00:00

0 Reviews