Şam salatı

      

December 29, 2016

BİŞİRMƏ ARDICILIĞI

1Çuğundur qaynadılıb, təmizlənib, doğranır

2Jelatin soyuq suda isladılır

3Çuğundur blenderdə mayonez və azca duz qatmaqla püre halına gələnə qədər xırdalanır

4Limon şirəsi qatılır ( dadına baxın çox turşməzədirsə, şəkər tozu əlavə edin)

5Jelatin qızdırılır (qaynatmaq olmaz!) çuğundur püresinə əlavə edilib yenə blenderlə qarışdırılır

6*Qeyd: Püre bir qədər özünü tutmalıdır ki, salatda dağılmasın

7Çörək dilimlərindən dairələr kəsilir

8*Qeyd: Əgər silindrik formalarınız varsa, bu dairələri onların ölçüsündə edin. Yoxdursa, adi kağızdan silindr düzəldib, forma kimi istifadə edin.

9Çörəyin üzərinə siyənək parçaları yerləşdirlir

10Formalar çörəklərin üzərinə yerləşdirilib çuğundur püresi ilə doldurulur

11Soyuducuda 1 saat saxlanır

12Süfrəyə verməzdən öncə formalar çıxardılır

13Üzəri limon (pendir) dilimi və göyərti ilə bəzədilir

14*Qeyd: Üst hissəsinə nazik qat bitki yağı çəkə bilərsiniz.

15Nuş olsun!

İNQREDİENT

6 dilim çovdar çörəyi

150 q çuğundur

1/4 limon

6 x.q. zeytunlu mayonez

duz və şəkər (zövqə görə)

bir az duzlu siyənək

1.5 ç.q. jelatin

70 ml su (jelatini əritmək üçün)

00:00

0 Reviews